Logo

DÇ-2018: Portuqaliya – İspaniya – 3:3


Rusiyada futbol üzrə dünya çempionatı davam edir.

 TopXeber.Az xəbər verir ki, Apasport.az saytının məlumatına görə, son Avropa çempionu Portuqaliya iki gün əvvəl baş məşqçisini dəyişən İspaniya ilə üz-üzə gəlib. Qrup liderliyinə iddialı iki komandanın oyunu bol qollu olub. Hərəyə 3 qol vuran rəqiblər hərəyə 1 xalla kifayətləniblər.

Portuqaliyanın heyətində Kristiano Ronaldo het-trik edərək matçın taleyini təyin edib. 

Dünya çempionatı

Qrup mərhələsi, I tur

15 iyun

B qrupu

Portuqaliya – İspaniya – 3:3

Qollar: Ronaldo, 4 (pen.), 45, 88 - Dieqo Kosta, 25, 55, Naço, 58.

Soçi, “Fişt” stadionu