Logo

"Oktyabrda yeni bir film gələcək" - Gənc aktrisa ilə MÜSAHİBƏ


 TopXeber.Az-ın budəfəki müsahibi gənc aktrisa Jalə Quliyevadır:

 -Ötən müsahibədən bu vaxta çox dəyişiklik olub. Karyeranızdakı yenilikləri nəzərdə tuturam. Bu haqda danışaq bir az...

-Əslində nə çox, nə az olub yeniliklər. Çünki, hələ bu sektordan azca uzağam. Bəzi planlarım var. Onları həyata keçirim, sonra məni tez-tez görəcəm.
Sonra oktyabrda yeni bir film gələcək. 

-Məncə, ən yaddaqan hadisə filmdə rol almağınız və "5 Gəlin" layihəsindəki qalibiyyət idi...

-Yadda qalan çox hadisə olub əslində, bu da onlardan biri idi.

-Bununla nələr qazandınız?

 -Hər aktyor çəkildiyi filmdə özünü ekrandan görmə şansı əldə edir. Bunun çəkilişi, montajı, dublyaji var. Və bu da ona özünü analiz etmə imkanı verir. Bununla aktyor çox şey qazanır. Mən də həmçinin. Sirf bunları qazandım. 

-Münaqişələr necə, onlardan yan keçə bildiniz?

-Yox, mən münaqişələrdən həmişə uzaq olmuşam, xarakterim deyil. 

-Onlarla gənc aktrisalardan birisiniz. Fərqlilikləriniz nələrdir? Ümumiyətlə, fərqli insansınızmı?

-Həmisə, hər yerdə fərqlilik axtaran insanam. Yəqin ki, fərqliyəm (gülür).

-Sizcə, hansı obraz sizi ifadə edir?

-Məni ifadən edən obraz tam olaraq yoxdur.

-Kiminlə tərəf müqavili olmaq istərdiniz?

-Mert Firatla.

-İşlə bağlı təkliflər gəlibmi?

-Təkliflər gəlib, amma səbəblər var ki, qəbul edə bilməmişəm...

-Hazırda nə işlə məşğulsunuz? 

-Hazırda planlarıma gedən yolda addımlayıram. Və bunun üçün demək olar, gecə gündür çalışıram.

-Bəs planlarınızda nələr var?

-Planım gələn ildən bu sektorda iri addımlarla addımlamağımdır.

Azadə