Logo

Ronaldodan tarixi göstərici - Bunu bacaran ilk futbolçudur


Dünya çempionatınn B qrupu çərçivəsində keçirilən Portuqaliya – İspaniya matçında (3:3) het-trik edən Kriştiano Ronaldo tarixə düşüb.

TopXeber.Az xəbər verir ki, superstar 8 böyük turnirdə fərqlənən ilk oyunçu olub. O, ardıcıl olaraq AÇ-2004, DÇ-2006, AÇ-2008, DÇ-2010, AÇ-2012, DÇ-2014, AÇ-2016-dan sonra DÇ-2018-də də ən az bir dəfə rəqib qapıçını məyus edib.

Üstəlik, ardıcıl 4 dünya çempoionatında da qol vurmağı bacaran Ronaldo Uve Seelar, Pele və Miroslav Klozedən sonra bunu bacaran 4-cü futbolçu olub.

Qeyd edək ki, hazırda dünya çempionatında iştirak edən Tim Keyhil (Avstraliya) və Rafael Markes (Meksika) də Ronaldoya “qoşula” bilər. Hər iki oyunçu daha əvvəl 3 DÇ-də rəqib qapıçını məyus edə bilib.