Logo

“Qarabağ” azərkeşlərinə şad xəbər


“Qarabağ” bu gün öz sosial şəbəkə hesablarından azərkeşlərini sevindirəcək bir xəbər paylaşıb.

TopXeber.Az xəbər verir ki, Qarabağ futbol klubu öz sosial şəbəkə hesablarında azərkeşlərin sevimlisi Dani Quintana ilə müqavilə uzatdığını qeyd edib.

İspaniyalı yarımmüdafiəçi Dani Quintana Qarabağ təmsilçisinin heyətində iki il daha forma geyinəcək. Təcrübəli futbolçu artıq komandanın məşqlərində iştirak edir. O, 2015-ci ilin mart ayında Qarabağ təmsilçisinin heyətinə transfer olmuşdu.

Qeyd edək ki, bu il də ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ”ımızın I təsnifat mərhələsindəki rəqibi 19 İyun, saat 15:00-da məlum olacaq.Bizimyol.info