Logo

Üç polisi qəsdən öldürən avtobus sürücüsü edam olundu


İranda paytaxt Tehran küçələrində yaşanmış iğtişaşlar zamanı üç polisi vuraraq qəsdən öldürən avtobus sürücüsü edam edilib.

TopXeber.Az xəbər verir ki, avtobus sürücüsü Məhəmməd Salas fevral ayında Pasdaran küçəsində avtobusu polislərə qəsdən çırpdığını etiraf edib və həmin zaman qəzəbli olduğunu bildirib.

Qeyd edək ki, Tehrandakı iğtişaşlar fevralda "Dərvişi Qonabadi" sufi təriqətinin lideir Nurəli Tabandenin həbsindən sonra başlayıb. Təriqət üzvlərinin səbəbkar olduğu iğtişaşlarda ümumilikdə 5 polis öldürülüb, 30-u yaralanıb.Unikal.org