Logo

Afaq Aslan Damlanı ifşa etdi: "Sən Rəhman Əliyevin proyekti olmusan" - ŞOK İTTİHAM – VİDEO – FOTO


ARB TV-nin “Düz bazar” verilişinin qonağı olan müğənni Afaq Aslan maraqlı açıqlamalar verib.

Müğənni bildirib ki, Damla haqda danışmaq ona maraqlı deyil:

“Dəfələrlə mənə Damla haqda sual veriblər. Mənə maraqlı olmadığı üçün ona cavab verməmişəm. Mən özünə hörmət qoyan, kameraya oynamayan insan haqda çıxıb fikir bildirərəm. Mən bilirəm ki, sən o deyilsən. O, həyatda tamam başqa, kamera önündə isə başqadır. Çıxıb deyir ki, mənim uğurlarımın üzərində heç bir kişinin imzası yoxdur. Mənsumə adını onun üzərindən götürüb, Damla adını verən və sənətə gətirən Rəhman Əliyev olub. Sən onun proyekti olaraq gəlmisən bu sahəyə. Damla rol oynuyur ”.