Logo

Azərbaycanın müdafiə naziri KİV-i əsgər ölümləri ilə bağlı məlumat yayarkən həssas olmağa çağırıb


"Hər bir əsgər ölümü olanda biz çox ciddi sarsıntı keçiririk. Hər bir əsgər həlak olanda araşdırma aparırıq. Araşdırma aparıldıqdan sonra məlum olur ki, əsgər şəhid olub və ya qeyri-döyüş şəraitində həlak olub".

TopXeber.Az-ın məlumatına görə, bunu müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib.

Zakir Həsənov bu səbəbdən mətbuat işçilərinin hadisə barədə məlumat verərkən tələsməməyə, həssas olmağa çağırıb: "Gəlin, araşdırmanın nəticəsini gözləyək. Biz heç vaxt əsgər ölümlərini gizlətmirik. Sadəcə, tələskənliyə yol vermək olmaz".