Logo

Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri parada hazırlıq məqsədilə Bakı səmasında növbəti uçuşlar edib


Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri hərbi paradın məşqləri ilə bağlı bu gün növbəti uçuşlar həyata keçirib.

TopXeber.Az-ın məlumatına görə, bu gün səhər saatlarında helikopter və təyyarələr Bakı buxtası üzərində növbəti uçuşlar edib.

Parad Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycan Ordusunun 100 iliyi münasibətilə iyunun 26-da Bakının "Azadlıq" meydanında keçiriləcək.