Logo

Ronaldu tarix yazdı – VİDEO


Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu dünya çempionatında bombardirlər cədvəlində liderliyi yenidən ələ alıb.

TopXeber.Az xəbər verir ki, 33 yaşlı hücumçu hazırda davam edən Mərakeşlə oyunun 4-cü dəqiqəsində başla qol vurmaqla cari turnirdə dördüncü qolunu vurub və üç dəfə fərqlənmiş Rusiya millisinin üzvü Denis Çerışevi qabaqlayaraq ən sərrast futbolçu olub.