Logo

Bu qədər müəllim 300 manat alır - Nazirlik açıqladı


Azərbaycanda müəllimlərin 23,5 faizi 300 AZN-ə qədər maaş alır.

TopXeber.Az xəbər verir ki, Təhsil Nazirliyinin illik hesabatının açıqlanması ilə bağlı tədbirdə Təhsil İnstitutunun direktor əvəzi Emin Əmrullayev bildirib ki, 2014-2017-ci illər ərzində 134 136 min müəllim diaqnostik qiymətləndirilmədən keçib.

Onun sözlərinə görə, Azərbaycanda olan müəllimlərin 23,5 faizi 300 AZN-ə qədər əmək haqqı alır: "Müəllimlərin 35,9 faizi 300-500 manat arası, 27,1 faizi 500-700 manat arası, 10 faizi 700-900 manat arası, 3,5 faizi isə 900 manat və yuxarı əmək haqqı alır".İnterpress.az