Logo

Xoşqədəmin verilişində növbəti biabırçılıq... Ekspertdən sərt reaksiya - FOTO


Xoşqədəm Hidayətqızının "Səni Axtarıram" verilişinin ötəngünkü buraxılışında maraqlı anlar yaşanıb.

TopXeber.Az Milli.Az-a istinadla bildirir ki, verilişə qatılan Özbəkistan vətəndaşı Əlişir illlərdir axtardığı sevdiyi qadın Sevinci tapanda həyəcanını gizlədə bilməyib. O, Sevinci dodağından öpüb.

Onların bu hərəkəti verilişdəki eksperti qəzəbləndirib. "Sizə uşaqlar, ağsaqqallar, ağbirçəklər baxır. Gedin başqa yerdə öpüşün", - deyə Şəfiqə Nağıyeva söyləyib.

Qeyd edək ki, Əlişirin Sevincdən bir övladı var.