Logo

"DÇ-2018": Argentina millisind üsyan: futbolçular baş məşqçiyə qarşı


Argentina millisinin futbolçuları dünya çempionatında Nigeriya ilə oyuna yeni baş məşqçi ilə çıxmaq istəyir.

TopXeber.Az xəbər verir ki, futbolçular Argentina Futbol Federasiyadan qarşıdakı oyuna qədər komandaya başqa məşqçinin təyin olunmasını xahiş edib.

Onlar son tur qarşılaşmasında baş məşqçi Xorxe Sampaolinin yığmaya rəhbərlik etməsini istəmirlər. Futbolçular komandanın sükanı arxasında Sampaolinin köməkçisinin olmasını arzulayırlar. 

Qeyd edək ki, Argentina - Nigeriya qarşılaşması iyunun 26-da Sankt-Peterburqda təşkil olunacaq. Argentina yığması "DÇ-2018"in II turunda Xorvatiyaya 0:3 hesabı ilə uduzub. Hazırda bu komanda D qrupunda 1 xalla 3-cü pillədədi.Fanat.az