Logo

Laribi seçim qarşısında: “Verona”, yoxsa “Qarabağ”?


“Qarabağ” “Çezena”nın yarımmüdafiəçisi Kərim Laribidən əl çəkmir. Apasport.az saytının İtaliya mətbuatına istinadla məlumatına görə, Ağdam təmsilçisi Tunis millisinin üzvü ilə danışıqları davam etdirir.

Azərbaycan çempionu Laribi uğrunda “Verona” ilə mübarizə aparır. B seriyasına yuvarlanan “Verona” onu heyətinə qatmaqda iddialıdı. Lakin həmkarlarımız “Qarabağ”ın da kifayət qədər sərfəli təklif göndərməsinin Laribini çətin vəziyyətdə qoyduğunu yazıb. Üstəlik, Ağdam klubunun Çemionlar Liqasında iştirak etməsi futbolçunun seçiminə ciddi şəkildə təsir edə bilər.

Qeyd edək ki, Kərim Laribinin “Çezena” ilə müqavilə müddəti bu ayın sonunda bitəcək.