Logo

Oğlan barda işləyən qadınları bıçaqladı - SEVGİLİSİNƏ GÖRƏ


Bakıda iki qadını bıçaqlamaqda təqsirli bilinən 1990-cı il təvəllüdlü Şəhriyar Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baş tutan prosesdə prokuror çıxış edib.

İttihama görə, ötən il avqustun 30-da Nizami rayonu, Qara Qarayev prospekti, ev 61 ünvanında yerləşən binanın qarşısında 1993-cü il təvəllüdlü Vüsalə Salmanova və onun 1985-ci il təvəllüdlü rəfiqəsi Elnarə Mikayılovaya naməlum şəxs tərəfindən çoxsaylı bıçaq xəsarətləri yetirilib. Yaralılar təcili tibbi yardım vasitəsilə 3 saylı şəhər xəstəxanasına yerləşdiriliblər.

Nizami rayon Polis İdarəsinin 25-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirlərilə Bakı şəhər sakinləri Vüsalə Salmanova və Elnarə Mikayılovaya bıçaqla xəsarət yetirməklə sağlamlıqlarına ağır zərər vurmaqda şübhəli bilinən paytaxt sakini Şəhriyar Əlizadə tutulub.

Məlumata görə, xəsarət alanlardan biri həmin mənzildə kirayədə yaşayır. Hadisə kafedə işləyən qızlar işdən evə qayıdarkən baş verib. Cinayəti törədən onların tanışları olub.

Məlum olub ki, Şəhriyar Əlizadə onunla birlikdə qeyri-rəsmi nikahda yaşayan və zərərçəkənlərin rəfiqəsi olan Elyanora Osmanovanın üstündə cinayəti törədib.

Elyanora əvvəlcə Şəhriyar Əlizadə ilə birlikdə təqsirləndirilən şəxs qismində işə cəlb olunsa da, sonradan cinayətin əsas şahidinə çevrilib.

Barda işləyən bu qadınlar arasında mübahisə yaranıb. Onların arasında mübahisə telefona görə yaranıb. Bu mübahisəni həll etmək istəyən Şəhriyar Əlizadə sevdiyi qadının telefonunu geri almaq istəyib. Lakin zərərçəkmiş qadınlar Şəhriyarın istəyinə rədd cavabı veriblər.

Bundan əsəbiləşən Şəhriyar bıçağa əl atmalı olub.

Təqsirləndirilən şəxs qismində ifadə verən Şəhriyar Əlizadə özünü təqsirli bilməyib. O deyib ki, Elyanora ilə yaxın münasibətləri olub, işdə zərərçəkmiş qadınlar Elyanoranın rəfiqələridir və hazırda da onlar eyni barda işləyirlər.

Prokuror Şəhriyar Əlizadənin 12 il müddətinə azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.

Şəhriyar Əlizadənin vəkili müdafiə çıxışı üçün vaxt istəyib.

Növbəti proses iyunun 29-da davam edəcək.publik.az