Logo

Türk ordusu Qəndilin girişinə çatdı , 35 km ərazi terrorçulardan təmizləndi


Şimali İraqda irəliləyişini davam etdirən Türkiyə Silahlı Qüvvələri PKK terror təşkilatının əsas bazası olan Qəndilin girişinə çatıb.

TopXeber.Az xəbər verir ki, mayın 10-dan başlanan əməliyyat  çərçivəsində TSQ təxminən 35 kilometr ərazini terrordan azad edib.

Alınan məlumatlara görə, irili-xırdalı bir çox kəndin olduğu bölgədə, terrorçularla kəndlilərlə iç-içə bir həyat yaşayırlar. Türk ordusu Bradost və Barazgir bölgələrini də terrorçulardan təmizləyib.

Digər tərəfdən, TSQ İraqın şimalındakı Hakurk və Qanı Rash bölgələrini də PKK-çılardan azad edib.

Avropa.info