Logo

“Roskosmos” Ronaldu ilə məzələndi – VİDEO


“Roskosmos” portuqaliyalı futbolçu Kriştianu Ronaldu ilə bağlı maraqlı videoçarx təqdim edib.

TopXeber.Az xəbər verir ki, video təşkilatın rəsmi saytında dərc olunub.

Videomontaj edilən videoçarxda Ronaldunun qapıdan yuxarı vurduğu topu Beynəlxalq Kosmik Stansiyanın (BKS) kosmonavtı qəbul edir.

Müəlliflər Mərakeş- Portuqaliya (DÇ-2018) matçının kadrlarını BKS kosmonavtının çəkisizlik şəraitində topla oynadığını rəsmi görüntü ilə peşəkarcasına birləşdirib.

Qeyd edək ki, iyunun 20-də keçirilən həmin matçda Portuqaliya millisi Ronaldunun vurduğu yeganə qolla qalib gəlib.