Logo

II turun son 3 oyunu keçiriləcək - DÇ-2018


Rusiyadakı futbol üzrə dünya çempionatında bu gün II turun son 3 oyunu keçiriləcək.

TopXeber.Az xəbər verir ki, əvvəlcə G qrupunda İngiltərə və Panama yığmaları arasında görüş olacaq. Bu qrupda II turun ilk matçında Belçika Tunisi 5:2 hesabı ilə yenərək, xallarını 6-ya çatdırıb. İngiltərə də görüşdən qələbə ilə ayrılsa, xallarını 6-ya çatdıracaq. Bu halda 1/8 finala Avropa təmsilçiləri yüksələcəklər.

Daha sonra nəzərlər H qrupuna yönələcək. Qrupda turun ilk matçında Yaponiya və Seneqal milliləri üz-üzə gələcək. Hər iki komanda birinci turda qələbə qazanıb. Yaponiya Kolumbiyanı, Seneqal Polşanı 2:1 hesabı ilə yenib. Günün son matçında Polşa ilə Kolumbiya heç-heçə etsələr, qaliblərin duelində üstün tərəf 1/8 finala yüksələcək.Unikal.org