Logo

Azərbaycanda iş adamları üçün «nəfəslik» - vergilər kreditlə ödəniləcək


Azərbaycanda vergilərin ödənilməsi ilə bağlı maraqlı yenilik gözlənilir. 

TopXeber.Az xəbər verir ki, FED.az-ın məlumatına görə, ilk dəfə ölkədə vergi krediti sisteminin tətbiqi gözlənilir. Bu Vergi Məcəlləsinə gözlənilən dəyişikliklərdə nəzərdə tutulub. Dəyişikliklərə əsasən, ölkədə vergi krediti sisteminin tətbiqi, sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğ ödəyənlərin fəaliyyəti ilə bağlı prosedurların sadələşdirilməsi nəzərdə tutulur. Bu dəyişikliklər sentyabr ayınadək həyata keçməlidir.

Xatırladaq ki, vergi krediti – verginin yığılması üçün vergi ödəyicisinə verilən möhlətdir və vergi güzəştlərinin bir növü sayılır. Adətən bu sistem məşğulluğa dəstək vermək və  investisiyaları stimullaşdırmaq  üçün tətbiq edilir.