Logo

Çağırışçılar hansı hərbi hissəyə düşdüklərini - BURADAN öyrənə bilərlər


Çağırışçılar müddətli həqiqi hərbi xidmət yerlərini sayt və SMS vasitəsilə öyrənə bilərlər.

TopXeber.Az bildirir ki, müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlar xidmət edəcəkləri hərbi hissə və ya qoşun növü barədə məlumatları Dövlət Xidmətinin rəsmi internet saytı üzərindən və SMS vasitəsilə öyrənə bilərlər.

Vətəndaşların www.seferberlik.gov.az ünvanında "Elektron xidmət" bölməsinə daxil olaraq özləri haqqında məlumatları yazmaqla xidmət edəcəkləri hərbi hissə və ya qoşun növünü dəqiqləşdirmələri mümkündür.

Eləcə də çağırışçılar mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə hansı hərbi hissəyə və ya qoşun növünə düşdükləri barədə məlumatı öyrənə bilərlər. Bu xidmətdən bütün mobil operatorlara məxsus nömrələri olan şəxslərin istifadəsi mümkündür.