Logo

Əmi 1 yaşlı qardaşı qızının üstündən “QAZel”lə keçdi - Sabunçuda faciə


Bakı sakini 1 yaşlı qardaşı qızını maşınla vuraraq öldürüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iyunun 23-də saat 12 radələrində Sabunçu qəsəbəsi ərazisində qəsəbə sakini Anar Hüseynov "QAZel” markalı avtomobillə qardaşının qızı - 1 yaşlı Məryəm Hüseynovanı vurub.

Nəticədə xəsarət alaraq xəstəxanaya yerləşdirilən uşaq orada ölüb. 
 
Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

TopXeber.Az