Logo

"Özünüzü kişi kimi aparın" - Əfsanəvi futbolçudan sərt reaksiya


Əfsanəvi fransız futbolçu Erik Kantona Braziliya yığmasının üzvlərinə səslənib.

TopXeber.Az xarici mətbuata istinadla xəbər verir ki, Kantona braziliyalı futbolçuları meydanda kişi kimi mübarizə aparmağa çağırıb. O, braziliyalılara tövsiyə edib ki, futbol oynasınlar, saxtakar hərəkətlərə yol verməsinlər.

Erik Kantona əfsanəvi braziliyalı futbolçu Sokratesin şəklini də sosial şəbəkədə paylaşıb. O Neymara və komanda yoldaşlarına ondan nümunə götürməyi tövsiyə edib:

"Daha heç bir yalan olmasın, heç vaxt "timsahın göz yaşları” olmasın. Braziliyanı onun kimi sevin, özünüzü kişi kimi aparın”.Unikal.org