Logo

Portuqaliya və İspaniyanın 1/8 final savaşı


Bu gün DÇ-2018-də 3-cü tur start götürəcək.

TopXeber.Az xəbər verir ki, ilk olaraq A və B qruplarında mübarizəyə yekun vurulacaq.

A qrupunda artıq 1/8 finala vəsiqəni təmin etmiş iki komanda Uruqvay və Rusiya liderlik üçün yarışacaqlar. İlk pillədə qərarlaşmaq üçün Rusiyaya heç-heçə də sərf edir. 

Qrupun digər oyununda isə Səudiyyə Ərəbistanı və Misir üz-üzə gələcək.

B qrupunda isə vəziyyət gərgindir. 1/8 finala çıxmağa 3 komanda namizəddir. Hərəyə 4 xalı olan İspaniya və Portuqaliya ilk pillədə qərarlaşıblar. 3 xala malik İran Portuqaliya ilə görüşdə mütləq qələbə qazanmalıdır. 

DÇ-2018. 3-cü tur - 25 iyun

A qrupu

18:00. Uruqvay - Rusiya

Baş hakim: Malanq Didhyu (Seneqal)

Samara, "Samara Arena"

18:00. Səudiyyə Ərəbistanı - Misir

Baş hakim: Vilmar Roldan (Kolumbiya)

Volqoqrad, "Volqoqrad Arena"

B qrupu

22:00. İran - Portuqaliya

Baş hakim: Enrike Kaseres (Paraqvay)

Saransk, "Mordoviya Arena"

22:00. İspaniya - Mərakeş

Baş hakim: Ravşan İrmatov (Özbəkistan)

Kalininqrad, "Kalininqrad” stadion

Bombardirlər: Harri Keyn (İngiltərə) - 5, Kriştiano Ronaldo (Portuqaliya), Romelu Lukaku (Belçika) - 4, Dieqo Kosta (İspaniya), Denis Çerışev (Rusiya) - 3.