Logo

30 il adada tək yaşayan yapon Robinzonu vətənə qaytardılar — VİDEO


Yaponiyanın Sotobonari adasında 30 il tək yaşayan “Robinzon”u məcburən sivilizasiyaya geri qaytarıblar.

 TopXeber.Az “Ölkə.Az”a istinadla xəbər verir ki, 82 yaşlı Masafumi Naqasaki adada heç bir texnika, paltar olmadan yaşayıb. Hökümət onu adanı tərk etməyə məcbur edib və xəstəxanaya göndərib.

Naqasakinin həyatından sənədli film çəkən Alvaro Serezo bildirib ki, Robinzon adanı tərk etmək istəmir.

Yapon Robinzon deyib:
“Mən buradan getmək istəmirəm. Mən adanı müdafiə edəcəm. Həyatımı riskə ataraq adanı müdafiə etməyə hazıram. Mən bir də belə cənnət tapa bilməyəcəm”.

Naqasaki etiraf edib ki, bu 30 il ərzində bir dəfə də olsun qəmgin olmayıb.