Logo

Anası qızının boynuna zəncir keçirib, gəzdirən ərini odlu tüfənglə öldürdü


Türkiyədə tükürpədən hadisə olub. 

TopXeber.Az xəbər verir ki, qızının boynuna zəncir keçirib gəzdirən ərini odlu tüfənglə öldürüb.

5 uşaq anası olan Betül Filizi əməlinə görə 18 ildən 24 ilə kimi həbs gözləyir.

İyunun 7-də olan qanlı hadisədən sonra ifadə verən qadın ərinin onu öldürmək istədiyini, tez-tez təhdid etdiyini bildirib. Məhkəmə zalında çıxış edən B.Filiz bunları deyib:

“Sonra içəri keçdi. Mən də namaz qıldıqdan sonra yanına getdim. Üstündə silah vardı. Yatmamışdan əvvəl demişdi ki, o silahla hamımızı öldürəcək. Hətta özünü də. Bundan əvvəl də narkotik maddə qəbul eləmişdi. Çox qorxmuşdum. Bir dəfə məni bu silahla öldürmək istəmişdi. Ona görə yanındakı silahı götürmək istəyirdim. Elə bu vaxt atəş açıldı. Mən daha əvvəl heç vaxt silahdan istifadə etməmişdim. Atəş açmaq fikrim də yoxuydu. Çox peşmanam”.

 O, ərinin ona və övladlarına çox işgəncə verdiyini deyib:

“Bir neçə dəfə məni yaralayıb. Qızımın boynuna zəncir keçirib gəzdirib. Mən 8-9 dəfə qadın sığınacaqlarına üz tutmuşdum, ancaq hər dəfə məni geri qaytarırdı. Özüm işləyib evi saxlayırdım, əlimdə olan bütün pullarımı da alırdı”.