Logo

Baş nazir hökumətin yeni strukturunu təqdim etdi - Üç nazirlik ləğv olundu


Gürcüstanın baş naziri Mamuka Baxtadze hökumətin yeni strukturunu təqdim edib.

TopXeber.Az xəbər verir ki, Unikal.org-un məlumatına görə, Gürcüstan hökumətində 10 nazirlik və 1 dövlət naziri aparatı olacaq.

Yeni struktura əsasən Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyi Təhsil və Elm Nazirliyinə, Cəzaların İcrası və Probasiya Nazirliyi Ədliyyə Nazirliyinə birləşdirilir. Qaçqınların İşi və Yerləşdirilməsi üzrə Nazirlik ləğv olunaraq səlahiyyətləri 3 dövlət qurumu arasında bölüşdürüləcək. Dini Məsələlər üzrə Dövlət Agentliyi isə Barış və Vətəndaş Bərabərliyi üzrə dövlət nazirinin aparatına birləşdiriləcək.