Logo

İran yenidən "qaynayır"..."Xameneiyə ölüm"


İranda paytaxt Tehran da daxil olmaqla, bir çox şəhərlərdə iqtisadi vəziyyətə etiraz olaraq kütləvi aksiyalar başlayıb.

TopXeber.Az oxu.az-a istinadən bildirir ki, etirazçılar "Diktatora ölüm", "Xameneiyə ölüm" şüarları ilə parlament binasına doğru yürüməyə cəhd ediblər.

İran polisi etirazçılara gözyaşardıcı qazla müdaxilə edib. Polislə etirazçılar arasında qarşıdurma yaşanıb.

İranın milli valyutası riyal devalvasiyaya uğrayıb. Məhz bundan sonra etiraz aksiyaları başlayıb.