Logo

Rianna Argentinanın oyununa baxmaq üçün Sankt-Peterburqa uçub


Məşhur müğənni Rianna DÇ-2018 çərçivəsində Argentina-Nigeriya matçına seyr etmək üçün Sankt-Peterburqa yollanıb.

TopXeber.Az xəbər verir ki, ulduzun “Instagram” səhifəsində Sankt-Peterburqun geolokasiyası göstərilən fotoşəkli dərc olunub.

Bundan bir neçə gün əvvəl amerikalı “arenbi” və “pop” ifaçısı Rostov-na-Donuda Braziliya və İsveçrə yığmaları arasında matça tamaşa etmişdi. Həmin oyun 1-1 hesabı ilə başa çatıb.Oxu.Az