Logo

Türkiyədə onlarla hərbçi həbs olunub


Türkiyə prokurorluğu 151 nəfər barəsində həbs orderi verib.

TopXeber.Az xəbər verir ki, həmin şəxslər FETÖ terrorçu təşkilatı ilə əlaqələrdə şübhəli bilinir.

“Sabah” qəzetinin məlumatına görə, Ankara prokurorluğu artıq FETÖ əlaqələrinə görə 43 nəfərin saxlanılmasını sanksiyalaşdırıb. 

Onlardan 30-u təxris olmuş və hazırda xidmət edən hərbçilərdir. 13 nəfər isə Türkiyə hərbi dəniz qüvvələri komandanlığında qruplaşmanın tapşırıqlarını yerinə yetirən” gizli imamlardır”.

Ankaradan savayı Türkiyənin 23 əyalətində də FETÖ-ya qarşı əməliyyatlar aparılıb. Hərbçilər və təhlükəsizlik xidməti əməkdaşları daxil olmaqla, 102 nəfər saxlanılıb.Oxu.az