Logo

27 iyulda baş verəcək bu hadisə dünyanın sonu olacaq - SENSASİYALI İDDİA


İyulun 27-də ilin ikinci Ay tutulması olacaq. Qanlı Ay tutulması adlanan həmin günlə bağlı artıq bir sıra versiyalar səsləndirilir.

TopXeber.Az xəbər verir ki, yayılan məlumatlara görə, həmin gün dünyanın sonu olacaq. Xristianlardan ibarət bir qrup şəxsin yaratdığı “Endtime Ministries” təşkilatı "İncil"də yer alan bəzi kəhanətlərə əsasən, 27 iyulun qiyamət günü olacağı ilə bağlı belə bir iddia irəli sürüb.

Elm adamları isə bu iddiaları çaşqınlıqla qarşılayır. Alimlər “Qanlı Ay” tutulmasının dünyanın sonunun gəlməsi ilə heç bir əlaqəsinin olmadığını düşünürlər. “Qanlı Ay” tutulması dünyanın bir bölgəsinin Ayı tamamilə qaranlığa bürüdüyü və Tam Ay tutulması yaşananda baş verir.

Bu zaman Ay qırmızı rəngə boyanır. Dünya Ayla Günəş arasında qalır. Günəşdən Aya gedən işığı kəsir. Ay Dünyanın kölgəsi tərəfindən örtülür. Bu zaman Dünyada Günəşin doğduğu və batdığı yerlərdəki Günəş işıqları Ayın səthinə düşür. Bu zaman Aya qırmızı bir görüntü verir. Beləliklə, “Qanlı Ay” tutulması yaşanır.

İyulun 27-də yaşanacaq Ay tutulmasını Afrika və Avropada izləmək mümkün olacaq. Ay tutulması ən yaxşı Madaqaskar və Yaxın Şərqdə müşahidə ediləcək.Publika.az