Logo

ABŞ Türkiyəni Rusiya ilə “S-400”-lərə dair razılığına görə təhdid edib


Türkiyə Rusiyadan “S-400” tipli zenit-raket kompleksləri alacağı təqdirdə ABŞ rəhbərliyi Ankaraya qarşı sanksiyalar tətbiq edəcək. 

TopXeber.Az-ın verdiyi xəbərə görə, bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Yess Mitçell deyib.

“Biz açıq-aydın Türkiyəyə anlatdıq ki, “S-400”-lərin əldə edilməsi fəsadlarla nəticələnəcək. Biz “Sanksiyalar vasitəsilə ABŞ-ın düşmənlərinə qarşı mübarizə” haqqında qanuna uyğun olaraq sanksiyalar tətbiq edəcəyik”, - deyə Mitçell qeyd edib.

Onun sözlərinə görə, adıçəkilən sövdələşmə Türkiyə-ABŞ münasibətlərinə zərbə olacaq və əvvəlki əlaqələrin bərpasını çətinləşdirəcək.