Logo

Ərdoğanın yeni sisteminin analoqu olmayan KODLARI - DETALLAR


Türkiyədə yeni dövrün başlanğıcı olacaq Prezident Hökumət Sisteminin quruluşu və prinsipləri bəlli olmağa başlayıb.

TopXeber.Az xəbər verir ki, yeni sistemdə nazirlik sayı 16-ya düşəcək, kabinet 4 ofis, 9 qurumdan ibarət olacaq. Sosial həyatdan diplomatiyaya, iqtisadiyyatdan ədliyyəyə qədər hər sahədə dəyişikliklər gözlənilir.

Prezident Rəcəb Tayyib Ərdoğan köməkçiləri və nazirləri parlamentdən deyil, kənardan təyin edəcək. Yeni kabinetə iş dünyasından, mədəniyyət, sənət, idman kimi sahələrdən ictimaiyyətin yaxşı tanıdığı şəxslər daxil olacaq.

Yeni hökumət sisteminin iş prinsipi belədir:

Ofislər düşüncə klubu kimi fəaliyyət göstərəcək. Birbaşa prezidentlə işləyəcək. Sərmayə, maliyyə, rəqəmsal dəyişiklik, insan qaynaqları sahələrində mühüm rol oynayacaq ofislərdə siyasi düşüncələrindən asılı olmayaraq, iqtisadçılar, sosioloqlar, texniklər öz sahələrində mütəxəssis kimi işləyəcək.

Prezindentin kabinetindən asılı olan 9 siyasət qurumu güclü əlaqələr qurumu olaraq fəaliyyət göstərəcək. İqtisadiyyatdan incəsənətə, tarixi siyasətdən səhiyyəyə qədər bir çox sahədə müzakirə və müşavirə mexanizmi olacaq, siyasi məsləhətlər dinləniləcək.

Strategiya və Büdcə Nazirliyi dövlət büdcəsini yaxından izləyəcək. Mərkəzi Bankdan ali qurumlara qədər hər sahədə qəbul edilən iqtisadi qərarların büdəcəyə təsiri müşahidə ediləcək.

Ofisin ərsəyə gəlməsində prezidentin mövcud 36 məsləhətçisindən bəziləri də iştira edəcək. Xəzinə və Maliyyə Nazirliyi birbaşa Maliyyə Ofisi ilə əməkdaşlıq edəcək. Enerji, ticarət, nəqliyyat, turizm və səhiyyə iqtisadiyyatın lokomotivi olacaq.

İqtisadi Siyasətlər Qurumu güclü iqtisadiyyat məsləhətçisi orqanı vəzifəsi daşıyacaq. Yeritdiyi siyasəti prezidentə bildirəcək. Təhlükəsizlik və Xarici Siyasət Qurumu Türkiyəni dünyada daha təsirli gücə çevirmək üçün çalışacaq.

Publika.az