Logo

"Maşın Şou"dakı qalmaqal məhkəməlik oldu


Müğənni Roza Zərgərli ilə aparıcı İlhamə Bədəlova arasında "Maşın” şouda başlayan qalmaqal səngimək bilmir.

TopXeber.Az  Axşam.az-a istinadla xəbər verir ki, şou zamanı Rozanın dediyi "Xəstə olduğu üçün işçini qovmusan” sözləri qarşı tərəfi özündən çıxarıb. İlhamə bu sözlərə görə Rozanın ondan üzr istəməsini bildirib. Əks halda Bədəlova Zərgərlini məhkəmə ilə hədələyib.

R.Zərgərli "10-dan sonra” verilişində İlhamədən üzr istəməyəcəyini deyib:

"Elə bir şey ola bilməz. Çünki həmin söhbətlər ora kimi cərrəyan etsə, əlimdə sübutlar və şahidlər var. Mən haqlı danışıram. O səviyyəyə çatsa, o kənara addım ata bilməz. Mən görmədiyim şeyi danışmaram. Səhhətində problem olan şəxsin üstünə çox gedə bilmərəm. Onunla hər yerə, həkimə mən getmişəm. Məndə səsyazısı var ki, həmin insan deyir boş ver”.