Logo

Otağında hörümçək gördü - Evindən imtina elədi


TopXeber.Az “Hürriyet”ə istinadla xəbər verir ki, Türkiyədə qəribə hadisə olub.

 Belə ki, Bodrumda yaşayan 49 yaşlı Müjde Apay xalq arasında “Sarı qız” kimi tanınan hörümçəyə görə evindən imtina edib.

O, gecə yarısı otağında gördüyü həşəratın əqrəb olduğunu zənn edərək onu öldürüb. Ancaq onun “Sarı qız” olduğunu biləndən sonra evi tərk edib. Səhəri gün evinə dönməyən qadın polislərə mürciət edərək onlardan kömək istəyib.

Hazırda Apay rəfiqəsinin evində qalır və öz evinə getməyi düşünmür.