Logo

Politoloq: "Azərbaycanda taktiki döyüşlər olacaq, hazırda "YORUCU MÜHARİBƏ" gedir!"


Günü-gündən inkişaf edən, bir çox sahələr üzrə beynəlxalq aləmdə özünə mühüm yer tutan Azərbaycan Silahlı Qüvvələrin 100 illik yubileyi ilə dünyaya bir daha meydan oxudu. Bununla da Azərbaycan Ordusu ən güclü orduları sırasında, müasir maddi-texniki təchizat baxımından dünyanın ən nadir ölkələrindən biri olduğunu nümayiş etdirdi. Bu da dosta dəstək, düşmənə isə vəhşət oldu.

Politoloq Elxan Şahinoğlu TopXeber.Az saytına açıqlamasında bildirdi ki, parad Azərbaycan Ordusunda müasir silahların mövcudluğunu və istənilən an Ali Baş Komandan İlham Əliyevin əmri ilə hücuma keçməyə hazır olduğunu göstərdi.

"Azərbaycan ordusu silahlarını modernləşdirir. Biz öz gücümüzü dünyaya və Ermənistana göstərdik. Bu paradla Rəsmi Bakı müharibənin hələ başa çatmadığını, növbəti mərhələsi olduğunu bildirdi. Bu o deməkdir ki, torpaqlarımızın işğalı davam edəcəksə, müharibə ehtimalı Azərbaycanda dəqiq olacaq."

Politoloqun sözlərini görə, Ermənistan hakimiyyəti mövqeyini dəyişməkdən yayınsa belə Azərbaycanın ortaya qoyduğu güc faktorları yəni, aprel döyüşləri, Günnütün işğaldan azad edilməsi və digər məsələlərlə Azərbaycan öz sözünü deyib.

"Bu faktorlar onu göstərir ki, Ermənistan diplomotik yollarla münaqişəni həll edə bilməyəcək, ona görə də əsas rolu Azərbaycan ordusu oynamalıdır. Və taktiki döyüşlər olacaq, qalan torpaqlarımızın da geri alınması üçün səylərimizi davam etdirəcəyik. Genişmiqyaslı müharibə gözlənilmir. Məsələn, Naxçıvanda müharibə olmadı, amma strateji yüksəklikləri geri aldıq. Mən bunun adını “yorucu müharibə” qoymuşam. Nə qədər işğal davam edəcək bu “yorucu müharibə” olacaq. Yəni, hər gün davam edən müharibə!"

TOPXEBER.AZ