Logo

Prezident seçkilərinə 15 milyon dollardan çox vəsait ayrılacaq


Gürcüstan bu ilin oktyabrında keçiriləcək prezident seçkilərinə hazırlaşır. Ölkənin Mərkəzi Seçki Komissiyasının sədri Tamar Jvaniya bildirdiyinə görə bununla bağlı dövlət büdcəsindən 39 mln. lari (təxm: 15 mln. dollardan çox) vəsait ayrılacağı deyilir. 

TopXeber.Az bildirir ki, komissiya sədri prezident seçkilərinə hazırlıqa artıq start verildiyini deyib: 

"Seçkilərə hazırlıq məqsədilə müxtəlif treninqlər təşkil olunur. Düşünürəm ki, qarşıdan gələn seçkiləri əvvəlkilərə nisbətən daha hazırlıqlı təşkil ediləcək”.Unikal.org