Logo

Qərb Rus kiber hücumları qarşısında acizdir? MARK ZUKERBERQDƏN ETİRAF


Hegemon dövlətlərin texnologiya sahəsində də mübarizələri davam edir. Artıq 2018-ci ilin yarımilliyinə çatmışıq, ancaq ruslar hələ də Amerika siyasətinə müdaxilə edirlər.

TopXeber.Az CNN-ə istinadən bildirir ki, rusların dezinformasiya kampaniyaları haqqında artan narahatlığı aradan qaldırmaq üçün Silikon Vadisi və Vaşinqton birlikdə çalışmaqdan imtina edir. Bu barədə məlumatı  CNN yayıb. Bildirilir ki, bu hal qarşıdan gələn seçkilərdə Donald Tramp və Hillari Klinton arasındakı mübarizəni də qızışdıra bilər.

Ötən ay Facebook (FB),  Amazon (AMZN), Apple (AAPL) , Google (GOOG) digər böyük oyunçuların kəşfiyyat nümayəndələri  Menlo Parkı  Kaliforniya qərargahına dəvət edib. Əsas məqsəd isə federal orqanların texnologiya şirkətlərinə gələcək təhlükələrə qarşı mübarizə aparmasını tələb etməsidir. Lakin FBİ və Daxili Təhlükəsizlik İdarəsi dəfələrlə bu məsələdən yayınıb. Adiyyatı qurumlar Silikon vadisinə bildiriblər ki:"Bu, sizin probleminizdir. Biz topu götürüb evə gedəcəyik, amma oyunun nəticəsindən siz cavabdehsiniz."

Vaşinqton rəsmiləri deyirlər ki, Facebook, Google və digər böyük texniki şirkətlər öz platformalarında xarici fəaliyyətə nəzarət etmək üçün daha yaxşı təchiz olunub. Çünki onlar məlumat əldə edə və bu fəaliyyətin haradan qaynaqlandığını görürlər. Onlar həmçinin, bu şirkətlərin öz platformalarında baş verən hadisələrlə əlaqədar əsas məsuliyyətə malikdirlər.
Facebook, FBI və Milli Təhlükəsizlik Departamentinin nümayəndələri bu məsələyə şərh verməkdən imtina edib. 

2016-ci ildənki seçkidən bəri Facebook təhlükəsizlik siyasətinin yenidən baxılması üçün müəyyən səylər göstərib. Həmin ərəfədə Mark Zuckerberq 20 000 mütəxəssisi sırf bu məsələni araşdırmaq üçün ayırmışdı.

Ancaq SEO Mark Zuckerberq etiraf edir ki, "Təhlükəsizlik heç də tamamilə həll olunması mümkün olan bir məsələ deyil. Ümid edirəm ki bunun üzərində işləyirlər.