Logo

Rusiya "quş qripi" və tauna görə bu ölkədən quş əti idxalını DAYANDIRDI


Rusiya Federal Baytarlıq və Fitosanitar Nəzarəti Xidməti Nepaldan heyvan və quş əti idxalına müvəqqəti məhdudiyyət tətbiq edib.

TopXeber.Az xəbər verir ki, məhdudiyyət iyunun 25-dən qüvvəyə minib.

Qərara səbəb Nepal ərazisində dabaq, yüksək patogenli "quş qripi" və taun xəstəliklərinin yayılması olub.
Bununla əlaqədar, Nepaldan Rusiyaya diri heyvan və quş, ət və ət məmulatları, yumurta idxalı müvəqqəti qadağan edilib.Modern.az