Logo

Model otelə taxtabiti gətirdi - MƏHKƏMƏDƏ İDDİA


 "Victoria's Secret" modeli gecələdiyi oteldən təzminat istəyib.

Topxeber.Az xarici mətbuata istinadla xəbər verir ki, "Victoria's Secret" modeli Sabrina Jales St. Pierre 2015-ci ildə Kaliforniyada otellərin birində gecələyərkən taxtabitilərin hücumuna məruz qalıb. 3 ildir davam edən məhkəmədə model oteldən tələb etdiyi təzminatı ala bilmir. Otelin sahibi isə qonaqlara taxtabitiləri otelə modelin gətirdiyini deyib.