Logo

"Müğənnilər vergilərini kifayət dərəcədə ödəmirlər" - Nazir müavini


Azərbaycanda müğənnilər vergilərini kifayət dərəcədə ödəmirlər. 

TopXeber.Az xəbər verir ki, bunu özəl olaraq Trend-ə vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

S.Ələkbərov bildirib ki, müğənnilərin vergi ödəməsi məsələsi həmişə gündəmdədir: "Onlar da digər vergi ödəyiciləri kimi vergilərini hesablayıb dövlət büdcəsinə ödəməlidirlər. Müğənnilər vergi ödəyirlər, amma kifayət dərəcədə yox. Bu sahədə həmişə narazılıqlar olur".