Logo

“Xalq artistləri paxıllığımı çəkirlər” – Anar Ağakişiyev etiraf etdi – VİDEO


 TopXeber.Az xəbər verir ki, ARB Ulduz-un “Virtual həyat” verilişinin qonağı olan stilist Anar Ağakişiyev maraqlı açıqlamalar verib.

Hər zaman əsib-coşan, düzgün imicdə səhnəyə çıxa bilməyən şou əhlini ağ yuyub, qara sərən stilist, bu dəfə nədənsə kefsiz görünürdü:

“İnsanların paxıllıqları məni yorur. Bir az da istirahət lazımdı deyə yavaş-yavaş istirahətə doğru gedirəm. Ümumiyyətlə, bu paxıllıqlar məni çox yorur. Paxıl olmasınlar, gülərüz olsunlar. Nə mən onların olduğu pilləyə düşüb onların mövqeyində ola bilərəm, nə də onlar mənim olduğum pilləyə qalxıb, mənim mövqeyimdə ola bilərlər”.

Stilist şou əhlindən, deyəsən, elə inciyib ki, bu gün Anarın ətrafında müğənnilərdən kimisə görmək bir qədər müşkül məsələyə çevrilib:

“Şou əhlindən tamamilə uzaqlaşmışam. Şou-biznes nümayəndələrindən heç biri ilə yaxın münasibətim yoxdur. Bəziləri istifadəçi və fürsətçidir, bir qismi paxıldır. Ona görə də heç kimlə münasibətim yoxdur. Xalq artistləri paxıllığımı çəkirlər. Düşünürlər ki, niyə biz onun yerində deyilik, niyə biz onun kimi tanınmırıq? Mənəm mənəm deyən heç bir müğənni qarşıma çıxa bilməz”.

Anar Ağakişiyevlə olan geniş müsahibəni bu bazar saat 13-də “Şou məkan” verilişində izləyə bilərsiz.

Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.