Logo

Azərbaycanlı müğənni ukraynalı həmkarı ilə duet oxudu – VİDEO


 TopXeber.Az xəbər verir ki, ARB Ulduz-un “Şou məkan” verilişinin qonağı olan müğənni Pərviz Abdullayev maraqlı açıqlamalar verib.

Ukraynadan gələn xanım ifaçı ilə duet oxumağı götür-qoyub edib, nəhayət, yeni bir işə qol qoyan sənətçi, deyəsən, mahnını çox bəyənib: 

“Mahnı Ukraynadan gələn gözəl bir dostumuzundur. Biz də qərara gəldik ki, duet ifa edək. Mahnının musiqisi Anastasiyaya aiddir. Bu mahnını özüylə birgə ifa edəcəyik. Sözləri də Hüseyn Best və Fuad Vəlizadəyə aiddir. Mahnı “Mənim üçün yaranmısan” adlanır. 

Anastasiya: “Mən Azərbaycan dilində danışmağı ümumiyyətlə bilmirdim. Amma zaman keçdikcə mənə dəstək oldular. Sonra Samir Şirinovla tanış oldum. O, mənim bacarığıma inandı və komandasına daxil etdi. Beləliklə də, işbirliyimiz yarandı”.

İlk dəfə “Şou məkan”da eşitdiyiniz bu duetə Pərviz klip çəkdirib mahnı ilə ekran işini eyni vaxtda təqdim etməyi planlaşdırır:

“Mahnı və klipi eyni vaxtda təqdim etmək istəyirik. Artıq mahnıya klip çəkməyə hazırlaşırıq”. 

Samir Şirinov – layihənin rəhbəri: “Bu yaxın günlərdə klip çəkilişlərinə başlayırıq. Klipin rejissoru Rafiq Hacıyevdir. Bu sahədə tanınmış, peşəkar insandır. İstəyirik ki, kadrlarda ölkəmizi də göstərək. Çünki bu, beynəlxalq layihə sayılır”.

Pərviz uzun müddətdir sənətdə olsa da, yaradıcılığında çox az klip gözə dəyməsinin səbəbini açıqlayıb:

“Samirlə yeni mahnılarımız olanda deyirdik ki, hamısına klip çəkəcəyik. Amma vaxt olmur, mahnının vaxtı keçirdi, biz də istəmirdik. Yeni ideyalar gəlirdi. Amma bu dəfə istədik ki, o ideyaları yerinə yetirək”.

Müğənni hələ də bir çoxunun Zamiq Hüseynovun mahnısı deyə bildiyi, ancaq Pərvizin ifa etdiyi “Sevgilim” mahnısı haqda da danışdı: 

“Aleksey Çumakovun repertuarında olan 2010-cu ilin mahnısıdır. Sözlərini Fuad Vəlizadə yazdı. Samir də aranjiman etdi, oxuduq. Kimə deyirəm ki, o mahnını mən oxumuşam deyirlər elə bilirdik, Zamiq oxuyub. Çünki Zamiq bu tərz mahnı oxuyur”.