Logo

DƏHŞƏT: Bacı-qardaş 15 il sevgili oldu və evləndi - FOTOLAR


Floridalı 50 yaşlı Debby Zutant və 37 yaşlı Joe 15 illik münasibətlərindən sonra evlənib.

TopXeber.Az xəbər verir ki, burada hər şey normal görünsə də, əslində ortada çox böyük bir problem var. Çünki yeni evlənən bu cütlük əslində bacı-qardaşdır, cütlüyün ataları eyni insandır.

İddialara görə, cütlük Genetik cinsi çəkim (GSA) deyilən bir hala sahibdirlər. GSA bir insanın uzun müddətdir görmədiyi qohumuna aşiq olmasıdır.

2003-cü ildə tanış olan cütlüyə görə, bu ilk görüşdə sevgi idi. Cütlük münasibətlərini 10 il müddətincə ailələrindən gizlədib. Sənətçi olan Debby bir tədbirdə GSA haqqında çıxış edib və bu münasibətdən utanmadığını deyib.

Debby 35 yaşında ikən xüsusi bir dedektiv tutaraq bioloji valideynlərini tapması üçün 2000 pounddan çox pul ödəyib və Joe ilə də həmən vaxt tanış olub.

Cütlük tənqidlərdən qaçmaq üçün münasibətlərini bir müddət gizli saxlayıb və nəhayət, 2014-cü ildə vəziyyəti ailələrinə açıqlayıblar. ABŞ-da qeyri-qanuni olmasına baxmayaraq cütlük evlənib.Metbuat.az