Logo

"Hazırda bizə belə bir səlahiyyət verilmir” - Nuşirəvan Məhərrəmli


"Özəl televiziya kanallarında bayağı verilişlər hələ də bizi narahat edən amildir”.

TopXeber.Az xəbər verir ki, bunu Trend-ə Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.

N.Məhərrəmli bildirib ki, özəl telekanallardakı verilişlərdə bayağılıq, proqramların səviyyəsinin qənaətbəxş olmaması düşündürücü faktordur. Şura sədri qeyd edib ki, özəl televiziya kanalları öz fəaliyyətlərini reytinq üzərində qururlar. Bayağı verilişlər də reytinq yığırsa, onda televiziyalar belə proqramlara üstünlük verirlər:

"Milli Televiziya və Radio Şurasının televiziyaların yaradıcılıq siyasətinə qarışmaq ixtiyarı yoxdur. Cəmiyyət bu sahədə dəyişikliyi bizdən gözləyir, amma insanlar özü də bu proseslərdə iştirak edir. O verilişlərdə tamaşaçı və ya qonaq kimi iştirak edən, o verilişlərə baxaraq reytinq qazandıran insanlar da hamısı cəmiyyətin üzvləridir. Həmin verilişləri xoşlamayan və bağlanmasını istəyənlər də cəmiyyətin digər üzvləridir. Amma Şura qanun çərçivəsində iş görür, hazırda bizə belə bir səlahiyyət verilmir”.