Logo

Kişi məhkəməyə gedən arvadını öldürdü - Azərbaycanda dəhşət


Mingəçevir şəhərində boşanmaq üçün məhkəməyə gələn qadını əri öldürüb.

TopXeber.Az "Report”a istinadla xəbər verir ki, Mingəçevir Şəhər Məhkəməsində boşanma işi zamanı ər qəfil arvadına hücum çəkərək boğaz nayihəsinə bıçaq zərbələri vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırmalara başlanılıb. 

Qeyd edək ki, qətlə yetirilən qadın 1 uşaq anası olub.