Logo

“Simpsons” cizgi filmi bu dəfə Dünya Çempionatının finalında qarşılaşacaq milliləri açıqladı – VİDEO


1989-cu ildən bu yana 600-dən çox bölümü yayımlanan cizgi film bir çox mövzuya toxunub.

Bu cizgi film dəfələrlə hansısa hadisəni əvvəlcədən proqnoz edib. Misal olaraq cizgi film Donald Trampın prezident olacağını, Stefan Hofkingin ölümünü, qış olimpiadasının nəticələrini əvvəlcədən tapa bilib.

TopXeber.Az Minval.info-ya istinadla xəbər verir ki, “Simpsons” bu dəfə Dünya Çempionatına dair proqnoz verib. Bölümlərin birində dünyanın ən güclüsünü təyin etmək üçün oyun təyin edilir və bu oyunda Meksika və Portuqaliya milliləri üzləşir. Ancaq qalibin adı qeyd edilmir.

Artıq minlərlə insan buna inanaraq mərc oynlarına külli miqdarda pul yatırıb.