Logo

SON DƏQİQƏ - 12 terrorçu eyni anda edam edildi


İraqda əsgərləri qaçıraraq öldürən İŞİD terrorçuları bu gün səhər edam ediliblər.

TopXeber.Az xəbər verir ki, baş nazir Heydər əl İbadi terrordan həbs edilən 12 terrorçunun dərhal edam edilməsi üçün əmr verib. Həmin məhkumlar səkkiz əsgərin qaçırılması və öldürülməsinə görə azalıqdan məhrum edilmişdilər.
 
İŞİD 2014-cü ilin iyun ayında İraqın ikinci ən böyük şəhəri Mosulda xilafət elan etmişdi və ölkənin böyük əksəriyyətini ələ keçirmişdi. Beynəlxalq koalisiyanın dəstəyi ilə terrorçular 2017-ci ilin iyul ayında 10 ay davam edən əməliyyatdan sonra Mosuldan çıxarılmışdılar.
 
Terrorçular hazırda Suriya sərhədinə yaxın bəzi yerləri hələ də nəzarəti altında saxlayıb. Həmin bölgədə isə heç kim yaşamır.Faktor.az