Logo

Daha bir ölkə “üçüncü cins”i tanıdı


Avstriya Konstitusiya Məhkəməsi “üçüncü cins” bəndinin əlavə olunması barədə müsbət qərar verib.

TopXeber.Az xəbər verir ki, bu barədə “Associated Press” xəbər verir.

Mövcud qanun məhkəmə qərarına uyğun olaraq dəyişdirilməyəcək, çünki orada konkret olaraq kişi və ya qadın cinsinin göstərilməsi tələb olunmur.

Ancaq indi interseks insanları ifadə etmək üçün digər sözlərdən istifadə etmək mümkün olacaq.

Avstriya Konstitusiya Məhkəməsi “fərdi cinsi şəxsiyyət” hüququnu təmin edən və alternativ cinsi şəxsiyyətləri qoruyan Avropa İnsan Hüquqları Konvensiyasının səkkizinci maddəsinə istinad edib.