Logo

“Diriliş Ertuğrul” serialının izləyicilərinə PİS XƏBƏR - FOTO


“Diriliş Ertuğrul” serialının çəkiliş meydançasında yanğın olub.

Topxeber.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə dünən günorta saatlarında qeydə alınıb. “Diriliş Ertuğrul” serialının çəkiliş meydançası olan köhnə ayaqqabı sexində yanğın başlayıb. Yanğın zamanı ölən və yaralanan olmasa da serialın çəkiliş dekorlarının böyük bir hissəsi yanıb.