Logo

Müharibə genişmiqyaslı olacaq, Azərbaycan Ordusu qarşısında dura bilməyəcəyik - Erməni polkovnikdən ETİRAF - VİDEO


"Azərbaycan prezidenti İlham Əliyevin hərbi paradda son bəyanatı ciddi çağırışdır. Ermənistan isə susqunluğunu saxlamaqdadır. Azərbaycan Ordusunun son hərbi paradında müxtəlif ölkələrin nümayəndləri iştirak edirdilər və Prezident İlham Əliyev düz onların qarşısında bu cür bəyanatla çıxış etdi".

TopXeber.Az xəbər verir ki, bunu erməni polkovnik, "Tiqran Mets" xüsusi hərbi təlim və tədris mərkəzinin direktoru Koryun Qumaşyan bildirib.

Rəsmi Bakı Arpa kəndi istiqamətində öz mövqelərini qabağa çəkməklə Ararat, Keşişkənd və Arpa kəndini nəzarətdə saxlayır və bu, reallıqdır.

Qumaşyan Ermənistan Müdafiə Nazirliyini də kəskin tənqid edib: "Ermənistan Müdafiə Nazirliyi öz adını tam doğruldur, çünki yalnız müdafiə olunur. Gözləyirik ki, bizə hücum edəcəklər, biz də müdafiə olunaq. Müharibə genişmiqyaslı olacaq, bunu Azərbaycan Silahlı Qüvvələrinin ən müasir texnikası sübut edir. Ermənistanda ordu talan olunan zaman Azərbaycan hərbi texnikanın modernləşdirilməsi və ordu quruculuğu ilə məşğul idi".

Polkovnik, həmçinin qeyd edib ki, Azərbaycan Ordusunun hazırlıq və döyüş qabiliyyəti yüksək səviyyədədir: "Parad zamanı mən Azərbaycan Silahlı Qüvvələrinin hərbi hazırlığını ciddi şəkildə izləyirdim. Silahlar yeni idi, hətta sıra hazırlığı öz intizamı üzrə Koreya ordusunu xatırladırdı. Müharibədən keçən şəxsi bu cür vəziyyət çox ciddi narahat edir. Onlar yeni silahlarını göstərdi. Ehtimal ki, silahların bir qismi hələ məxfi saxlanılır. Bizim isə bunun qarşısında hansısa addım atdıgımızı görmürəm. Ciddi nəticə çıxarmasaq, vəziyyət pis olacaq". /xezerxeber.az