Logo

Bu ölkədə itlər üçün otel açılıb


Kaliforniyada açılmış yeni oteldə ev heyvanları üçün təqdim edilmiş nömrələrdə veb-kameralar quraşdırılıb ki, sahibləri onları müşahidə edə bilsin.

TopXeber.Az xəbər verir ki, həmçinin itlərə yorğunluqlarını çıxarmaq üçün idman zalı, rahatlaşdırıcı masaj xidmətləri və palçıq vannaları da təklif olunur.

Həmçinin oteldə heyvanlar üçün səhər yeməyinə yumşaq peçenye, yoqurt, şam yeməyinə isə qızardılmış toyuq, qovrulmuş hinduşka və kartof püresi verilir.

İtlər üçün xüsusi çərəzlər də hazırlanır.

Ən başlıcası oteldə itlər üçün şənlik, toy və ad günü mərasimləri də təşkil etmək mümkündür. Bu oteldə bir gecə qalmaq – 100 dollar təşkil edir. Modern.az